Azərbaycan Qarabağda layihələr həyata keçirə bilər

Azay Quliyev: “Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaların görüşünün təşkilində USAİD öz imkanlarını səfərbər edə bilər”

"Mən çox istərdim ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ğrazisində müxtəlf layihələrin həyata keçirilməsində  USAİD Azərbaycan ictimaiyyətinə yaxından dəstək versin". Bunu deyən QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin sözlərinə görə,  USAİD-in mandatı sülhyaratma mandatı olmadığına görə, biz yalnız və yalnız Dağlıq Qarabağdakı abidələrin dağılmasının, ekoloji fəlakətin  qarşısının alınması, məcburi köçkünlərin sosial həyatının yaxşılaşması kimi məsələlərdə müəyyən dəstək gözləyə bilərik: "Eyni zamanda, Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaların görüşünün təşkilində USAİD öz imkanlarını səfərbər edə bilər. Bizdə olan məlumatlara görə, Ermənistanda Azərbaycan abidələrinin adının dəyişdirilməsi və erməniləşdirilməsi istiqamətində bir çox qeyri-hökumət təşkilatları ABŞ-da fəaliyyət göstərən qurumlardan yardım alırlar. Bu məsələni də biz gələcəkdə USAİD-lə müzakirə edə bilərik. İstərdik ki, Minsk qrupunun həmsədri kimi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi öz mandatı çərçivəsində müəyyən dəstəyi bizdən əsirgəməsin".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00