“Əleyhimə yazan saytların rəhbərləri ermənilərlə qohumluq əlaqələrinə malikdirlər”

"Mənim əleyhimə heç bir arqument irəli sürmədən yazan saytların çoxu ya xaricdən ya da daxili oğurluq, haram pulla maliyyələşən saytlardır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri facebook səhifəsində Azadlıq Partiyasının sədri Əhməd Oruc prezidentliyə namizədliyinə olan qısqanc münasibətə cavab olaraq  ki, yazıb. Partiya sədri bildirib ki, həmin saytların rəhbərləri dəfələrlə Yerevanda olublar: "Onlar dünyaya səpələnmiş erməni diasporası ilə hər cürə, o cümlədən qohumluq əlaqələrinə malikdirlər. Bu ölkədə SRU-nun, QRU-nun,MTN-nin, SAVAK-ın nə qədər muzdluları, nə qədər qanıqarışıqlar var, hamısı tökülüblər üstümə. Olsun! Onlara qarşı kimsə dayanmalıdır. Bu savaş müqəddəs milli savaşdır". Əhməd Oruc qeyd edib ki, bütün ömrünü dürüst, halal yaşayan, heç nədən çəkinməyən biridir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00