Xarici işlər naziri Argentinanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

Olaylar İA xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın ölkəmizə yeni təyin olunmuş səfiri Karlos Dante Rivanı qəbul edib. Nazir Elmar Məmmədyarov Argentinalı diplomatı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və onun fəaliyyətinin ölkələrimiz arasındakı münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov iki ölkə arasındakı münasibətlərin genişlənməsindən məmnun olduğunu vurğulayıb və bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu qeyd edib. Argentinanın səfiri Karlos Dante Riva ölkəsinin Azərbaycanla münasibətlərə mühüm önəm verdiyini qeyd edərək, ölkəmizdə səfir kimi fəaliyyəti ərzində ikitərəfli əlaqələrin inkişafı istiqamətində səylər göstərəcəyini vurğulamışdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00