Azərbaycanda prezidentliyə namizədlərin sayı 15-ə çatdı - Siyahı
16 Aprel 2013 18:58 SiyasətNamizədlərin sayında erkən artım müşahidə olunsa da, hələlik cəmiyyətdə yetərincə adekvatlıq hiss olunmur
Azərbaycanda bu ilin oktyabrında keçiriləcək prezident seçkilərinə təxminən 6 ay vaxt qalmasına baxmayaraq namizədlərin əksəriyyətinin adı indidən məlumdur. "Qafqazinfo" xəbər verir ki, bugünə olan məlumatlara görə, artıq 11 nəfər prezident seçkilərində namizəd kimi iştirak edəcəyini elan edib. Prezidentliyə namizədliyini ilk olaraq açıqlayan Müsavat başqanı İsa Qəmbər olub.
İsa bəyin ardınca isə son bir ayda ən azı on nəfər öz iddiasını açıqlayıb. Həmin şəxslərin siyahısını dərc edirik.
1. Müsavat başqanı İsa Qəmbər
2. Ümid Partiyasının sədri İqbal Ağazadə
3. Hüquq müdafiəçisi Vidadi İsgəndərli.
4. "EL" Hərəkatının həmtəsisçisi Eldar Namazov
5. Vətəndaş və İnkişaf Partiyasının Əli Əliyev
6. "İctimai Tədqiqatlar Mərkəzi" İctimai Birliyinin sədri İlqar Altay
7. ADP sədri Sərdar Cəlaloğlu
8. KXCP sədri Mirmahmud Mirəlioğu
9. "REAL" Hərəkatının sədri İlqar Məmmədov
10. Azadlıq Partiyasının sədri Əhməd Oruc
11. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev
İddialarını ortaya qoyan şəxslərdən başqa da qarşıdakı günlərdə daha bir neçə prezidentliyə namizədin ortaya çıxacağı gözlənilir.
Bu şəxslərin arasında isə ən çox adları çəkilən AXCP sədri Əli Kərimli, BAXCP sdəri Qüdrət Həsənquliyev, ACP lideri Rəsul Quliyev və digərləri daxildir.
Bundan başqa, hakim Yeni Azərbaycan Partiyasının rəhbərliyinə daxil olan şəxslər builki seçkilərə hazırkı dövlət başçısı İlham Əliyevin namizədliyi altında gedəcəklərini bəyan ediblər.
Mövcud reallığı nəzərə alanda artıq indidən prezidentliyə namizədlərin sayının 15 nəfərə çatdığını görmək olar. Namizədlərin sayında erkən artım müşahidə olunsa da, hələlik cəmiyyətdə yetərincə adekvatlıq hiss olunmur.