Putin qlobal böhranın Rusiya iqtisadiyyatını da çökdürəcəyindən narahatdır

Vladimir Putin: “İqtisadi böhranın Rusiyaya təsiri qaçılmaz olacaq, 2008-ci ildə baş verən hadisələr RF üçün yenidən təkrarlana bilər”

Rusiya Prezidenti Vladimir Putin hökumət adamları ilə keçirdiyi görüşdə bir sıra narahatlıqlarını dilə gətirib. Putin qlobal iqtisadi böhranın dərinləşməsinin ölkə iqtisadiyyatına mənfi təsir göstərəcəyini və hökuməti böhrana qarşı tədbirli olmağa çağırıb. Ukrayna mətbuatının məlumatına görə prezident Putin Baş nazir Dmitri Medvedevlə görüşündə də qlobal iqtisadi böhranın artıq geniş miqyas qazandığını bildirib: "İqtisadi böhranın Rusiyaya təsiri qaçılmaz olacaq. 2008-ci ildə baş verən hadisələr RF üçün yenidən təkrarlana bilər. Lakin digər Avropa dövlətləri ilə müqayisədə Rusiya iqtisadiyyatının vəziyyəti heç də pis deyil. Bu gün Rusiya Avropa ilə müqayisədə müəyyən iqtisadi problemlərin aradan qalxmasında böyük səylər göstərir!" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00