Siyəzəndə ümummilli liderin 90 illik yubileyi keçirilib
16 Aprel 2013 14:17 SiyasətSiyəzən Rayon Gənclər və İdman İdarəsinin və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə yeniyetmə oğlan və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Rtv.az-ın məlumatına görə, yeniyetmələr arasında şahmat idman növünə və intellektual oyunlara marağın artırılması, onların asudə vaxtlarının səmərəli təşkili, rayonda şahmatın inkişafı və təbliğ olunması məqsədi daşıyan birincilikdə şəhər tam orta məktəblərinin 36 şagirdi mübarizə aparıb. Yarışlar İsveçrə sistemi üzrə təşkil olunub. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00