“Heydər Əliyev – Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi”
16 Aprel 2013 12:34 SiyasətAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Heydər Əliyev - Azərbaycanın müasir dövlət qulluğu sisteminin banisi"mövzusunda nəzəri-praktik konfrans təşkil edir. Komissiyadan "OLAYLAR"-a verilən məlumata görə, konfransda dövlət orqanlarının kadr qurumları rəhbərlərinin və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı nəzərdə tutulub. Konfrans aprelin 17-də baş tutacaq. Bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2013-cü il 21 yanvar tarixli 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planının 11-ci bəndinin icrası çərçivəsində baş tutacaq.