“İranda hakimiyyət kimin əlindədir, bəlli deyil” - AÇIQLAMA

Qabil Hüseynli: “Əhmədinejad hakimiyyətin müxtəlif qollar tərəfindən rədd edilən odioz fiqurdur”

"İranın siyasi hakimiyyəti müxtəlif istiqamətlərə şaxələnib. Ölkədə real hakimiyyətin kimin əlində olmasını ayırd etmək çətin məsələdir. Prezident Mahmud Əhmədinejad hakimiyyətin müxtəlif qolları tərəfindən rədd edilən, etimad göstərilməyən şəxsdir!". "OLAYLAR"a açıqlamasında politoloq Qabil Hüseynli belə deyib. Qabil Hüseynlinin sözlərinə görə, Əhmədinejad isə seçkilərə öz adamı ilə qatılmağa və hakimiyyəti öz qruplaşmasının əlində saxlamağa çalışır: "Amma Əhmədinejadın elə bir qüvvəsi yoxdur. Prezidenti dini lider Xamneyi də sevmir və Əhmədinejadın hakimiyyətdən getməsini istəyənlərin arasında birinci yerdədir. Xamneyinin ətrafında çox böyük bir mühafizəkar qruplaşma var. Həmin qruplaşmanın içərisində Rəfsancani da var və birlik Əhmədinejadı odioz bir fiqur kimi İranın siyasi elitasının içərisində görmək istəmirlər. Parlamentin sədri Laricani də Əhmədinejada qarşı ciddi müxalifətdə olan, hətta onunla açıq siyasi mübahisəyə gedən ciddi rəqbilərdən biridir. Hakimiyyətin müxtəlif qollarının ona təzyiqləri qarşısında Əhmədinejadın müxalif qüvvələrə hər hansı sərt cavab verəcəyi inandırıcı deyil. Gələcəkdə İran hakimiyyətində öz təsir dairəsini qoruyub saxlamaq imkanı da yoxdur. Əhmədinejada İranın hakim dairələri tərəfindən çıxdaş olmaq ərəfəsindədir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00