ADP: “İran rəsmilərinin bəyanatları sərsəm cəhddir”
15 Aprel 2013 17:02 SiyasətAzərbaycan Demokrat Partiyası respublikamızda Güney Azərbaycandan olan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı tədbirlərin keçirilməsindən əndişə duyan İran rəsmilərinin ölkəmizə qarşı təhdid dolu bəyanatlarından, onların əsassız olaraq Şimali Azərbaycanı İrana birləşdirmək kimi sərsəm cəhdlərindən narahat olduğunu bildirib. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, İran rəsmilərinin bu aqressiv hərəkətləri iki qonşu və dost ölkə arasında qarşılıqlı münasibətlərə xələl gətirən hərəkətlərdir. ADP hesab edir ki, Azərbaycanın iki yerə parçalanmasına səbəb olan Türkmənçay müqaviləsinin tərəfi Qacarlar dövləti olub ki, bunun da indiki İranla heç bir əlaqəsi yoxdur və əgər bu müqavilə İran rəsmilərinin dediyi kimi ləğv ediləcəksə bu yalnız bütöv Azərbaycan dövlətinin yaranması ilə nəticələnməlidir.