İctimai Palata üzvlərinin təklifi AXCP və Müsavat arasında mübahisəyə səbəb olacaq
Elxan Şahinoğlu: “Müxalifət vahid namizəd yox, iki, üç, hətta dörd namizədlə seçkilərə gedəcəksə, bu, müxalifətin sosial bazasının səslərini parçalayacaq”
15 Aprel 2013 16:12 Siyasətİctimai Palatanın növbəti sessiyasında İP üzvləri arasında seçki keçirilərək, namizədin müəyyənləşdirilməsi təklif olunub. İctimai Palata üzvlərinin irəli sürdüyü təklifin pozitiv nəticələr doğuracağının müəmmalı olduğunu deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə seçkilər baş tutacağı təqdirdə AXCP və Müsavat arasında növbəti mübahisələr yarana bilər: "Hələlik Palata daxilində ya İsa Qəmbər, ya da ki, Əli Kərimliyə yaxın üzvlərin sayı bəlli deyil. İP daxilində namizədin müəyyənləşdirilməsi üçün keçirilən seçkilərin nəticəsinə məğlub olan tərəfdən şübhə ilə yanaşılacaq. İdeya müxalifətin prezident seçkilərinə vahid namizədlə getməsi baxımından yaxşıdır, əsas məsələ isə keçiriləcək seçkilərin nəticəsinin məğlub tərəfin normal qəbul etməsidir. Əgər bu baş verəcəksə irəli sürülən format təqdirəlayiq olacaq. Lakin 20 illik müxalifətin bu təklifi normal şəkildə həyata keçirəcəyi sual doğurur. Çünki, həmin müxalifəti biz yaxşı tanıyırıq. Əgər müxalifət vahid namizəd yox, iki, üç, hətta dörd namizədlə seçkilərə gedəcəksə bu müxalifətin sosial bazasının səslərini parçalayacaq". ("OLAYLAR" İA)