Əhməd Oruc da namizəd oldu

Azadlıq Partiyasının sədri Əhməd Oruc da prezidentliyə namizəd oldu. Bu barədə "OLAYLAR"-a məlumat verən partiya sədri deyib ki, bu barədə qərar AP-ın Mərkəzi İcraiyyə Komitəsinin iclasında qəbul edilib: "Partiyanın Mərkəzi İcraiyyə Komitəsinin iclasında ölkədəki ictimai-siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı məsələ müzakirə edilib. İcraiyyə Komitəsi mənim seçkilərdə namizəd kimi iştirak etməyim barədə qərar qəbul edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00