“AXCP sədri Əli Kərimli Müsavatı parçalamaq niyyəti güdür”
Elman Türkoğlu: “Nə qədər ki, Əli Kərimli Azərbaycan müxalifətindən uzaqlaşdırılmayıb, müxalifət birləşə bilməyəcək”
15 Aprel 2013 14:22 Siyasətİctimai Palatanın Koordinasiya Şurasının növbəti toplantısında partiyaların vahid platformada birləşməsi məsələsi AXCP və Müsavat arasında mübahisəyə səbəb olub. Çıxış edənlərin bəzisi birliyi real hesab etsə də, əksəriyyət belə birliyə ehtiyac görmədiyini deyib. İctimai Palata və Koordinasiya Şurasının daxilində gedən Müsavat-AXCP qarşıdurmasının əsas səbəbkarı Əli Kərimli və sədrin adamları olduğunu deyən KXCP üzvü Elman Türkoğlunun sözlərinə görə Əli Kərimli çalışır ki, İP-də onu dəstəkləyənlərin sayını artırsın və şəxsi istəyinə nail olsun: "Nə qədər ki, Əli Kərimli Azərbaycan müxalifətindən uzaqlaşdırılmayıb, müxalifət birləşə bilməyəcək. Qısa bir vaxtdan sonra AXCP parçalanacaq və buna görə də Əli Kərimli Müsavatı da parçalamaq niyyəti güdür. Əli Kərimli demişdi ki: "Əgər Elman Türkoğlu İctimai Palatanın üzvü olsa mən birlikdə qalmayacam!". Çünki, Əli Kərimli mənim onun haqqında bir çox faktları bildiyimi çox gözəl başa düşür. İP-in böyük hissəsi AXCP sədrinin əlindədir. Tez bir zamanda İP fəaliyyətini dayandıracaq, birlik artıq öz funksiyasını tamamilə itirib. Seçkilərə az qalmış İP adlı birlik olmayacaq. Müsavat partiyasının İctimai Palatadan getməsi daha yaxşı olardı. Çünki, Əli Kərimli partiyanı parçalamağa çalışır və AXCP-in pozuculuq işinə görə müxalifət İP-in vahid namizədini də seçə bilmir". ("OLAYLAR" İA)