Heydər Əliyev Naxçıvanda anıldı

AMЕA Naxçıvan Bölməsində dаhi şəхsiyyət, dünyаşöhrətli siyаsətçi Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam etdirilir.
AMЕA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən növbəti "Heydər Əliyev və Azərbaycan" mövzusundakı elmi konfransı giriş sözü ilə institutun direktoru, kimya elmləri doktoru Əliəddin Abbasov açıb. "Əbədiyyət üçün doğulanlar" mövzusunda məruzə ilə çıxış edib. Daha sonra AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları, iqdisad üzrə fəlsəfə doktoru Polad Əliyevin "Heydər Əliyev Azərbaycanda bazar iqtisadiyyatı münasibətlərinin formalaşmasının memarıdır", iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun "Heydər Əliyev və məşğulluq siyasəti", kimya üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın "Heydər Əliyev və Azərbaycan elmi" mövzusunda məruzələri dinlənilib. ("OLAYLAR"İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00