YAP rəhbərliyi şimal zonasında

Yeni Azərbaycan Partiyasının  sədr müavini Əli Əhmədov Qusar rayonunda partiyanın fəalları ilə görüşüb. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının nailiyyətlərindən danışan hakim partiyanın müavini qeyd edib ki, Azərbaycanın inkişafı, müasirləşməsi bu və ya digər dərəcədə Yeni Azərbaycan Partiyası və bu partiyanın sıralarında cəmləşən Azərbaycanın 600 minə yaxın fəal vətəndaşlarının əməyinin, fədakarlıqlarının bilavasitə nəticəsidir. 2013-cü ilin oktyabrında ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini xatırladan Yeni Azərbaycan Partiyasının İcra katibi Əli Əhmədov qeyd edib ki, ötən 10 ildə Azərbaycanın əldə etdiyi böyük nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində mümkün oldu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00