Xarici işlər naziri Türkiyə xarici işlər nazirinin müavinini qəbul edib

Olaylar İA xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Fatih Ceylanı qəbul edib. Görüşdə iki ölkə arasında əməkdaşlığın bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olunub və ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində addımların atıldığı üçün siyasi və iqtisadi potensialın mövcud olması qeyd edilib. Görüşdə, həmçinin, regionda maraq doğuran məsələlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması yolları ətrafında fikir mübadiləsi aparılmış və Azərbaycanın işğal olunmuş Xocalı rayonundakı aeroportundan Ermənistanın qanunsuz uçuşlar həyata keçirmək cəhdlərinin münaqişənin nizamlama prosesinə mənfi təsir göstərəcəyi vurğulanıb.

Eyni zamanda tərəflər Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinin beynəlxalq təşkilatlar çərçivəsində müzakirəsinin vacibliyini də bildiriblər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00