“Molla rejimi nə gündədir ki, iki mənşəyi bilinməyən manqurtla Azərbaycan üzərinə gəlir”

Cümşüd Nuriyev: “Molla rejimi bilməlidir ki, Azərbaycanda müasir təfəkkürə sahib 9 milyon xalq yaşayır, geridə qalmış fars deyilik, müasir Azərbaycan türkləriyik”

"İran parlamentində əyləşənlərin bu qədər savadsız olduğunu bilmirdim. Birincisi "Türkmənçay müqaviləsi" İran şahlığı ilə Rusiya imperiyası arasında bağlanıb. İndiki molla rejiminin İran şahlığını yenidən geri qaytarmaq istəyi başa düşülən deyil!" "OLAYLAR"a açıqlamasında politoloq Cümşüd Nuriyev belə deyib. C.Nuriyevin sözlərinə görə beynəlxalq hüquqi normalara görə mövcud olmayan dövlətlərin bağladıqları müqavilənin şərtlərini heç bir ölkə poza bilməz. "Türkmənçay müqaviləsi" imzalandıqdan üç il sonra bəzi maddələri dəyişdirilib, 1919-cu ildə isə birtərəfli şəkildə ləğv edilib. 1921-ci ildə bağlanan Qars müqaviləsilə həmin sazişdə yer alan Naxçıvan gündəlikdən çıxarılıb. Azərbaycan mətbuatı iki manqurt molla deputatın irəli sürdüyü bu sərsəm fikirlərə cavab vermək məcburiyyətində qalıb. Politoloq qeyd etdi ki, İranın irəli sürdüyü bu iddialar beynəlxalq hüquq müstəvisində mümkün deyil: "Belə bir şey mümkün olsaydı gərək, 1936-cı ildə Türkiyə ilə ABŞ arasında bağlanan Montre sazişi çoxdan ləğv olunardı, lakin Ağ Evin buna gücü çatmadı. Manqurtlar bunu gündəmə gətirməklə digər tərəfdən Ermənistana da ərazi iddiası irəli sürürlər. Çünki, müqavilənin üçüncü maddəsinin şərtinə görə Naxçıvan və İrəvan Rusiya imperiyasının tərkibinə verilib. Bu da tamamilə mümkünsüzdür, çünki Ermənistanın tərkibində olan İrəvan Rusiya imperiyasının yox, SSRİ-nin varisidir. Mən düşünürdüm ki, İranda hardasa müasirləşmə prosesləri gedir. Bu bədbəxtlər geriyə gediblər, İranın hakim dairələri orta əsr səviyyəsində düşünürlər. Onların nəinki beynəlxalq hüquqdan, hətta İranın öz qanunlarından da xəbərləri yoxdur. Gərək bu müqavilə ləğv olunsa ABŞ Alyaskanı Rusiyaya, Ermənistan İrəvanı Azərbaycana qaytarsın. Molla rejimi düşünür ki, bu cür gedişlərlə Azərbaycan prezidentinə, parlamentinə təzyiq göstərir və nəsə əldə edəcək. Bu amil İran dövlətinin acizliyinin və faciəsinin göstəricisidir. Molla rejimi nə gündədir ki, iki manqurt deputatla Azərbaycana hücum edir. Molla rejimi bilməlidir ki, İran Azərbaycan üçün nə Rusiyadır, nə də ki, ABŞ və Azərbaycanda müasir təfəkkürə sahib 9 milyon xalq yaşayır, geridə qalmış fars deyilik, müasir Azərbaycan türkləriyik!" ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00