Xarici işlər naziri Con Kerriyə başsağlığı verib

Olaylar İA xəbər verir ki, xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda xidmət aparan gənc ABŞ diplomatı En Smedinqofun faciəvi ölümü ilə bağlı bu ölkənin dövlət katibi Con Kerriyə başsağlığı məktubu ünvanlayıb.Məktubda nazir Elmar Məmmədyarov hər bir diplomatın dünyada sülh və sabitliyin təşviq olunmasında vasitəçi olduğunu vurğulayıb və həyatını itirən ABŞ diplomatının ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00