Moskva iki aydır Kiyevin hərbi əməkdaşlıq təklifini rədd edir - AÇIQLAMA
Pavel Lebedev: “Rusiya arada olan problemlərin həll edilməsində maraqlı görünmür”
12 Aprel 2013 16:26 Siyasətənsur Cəfərov (OLAYLAR İA). Ukraynanın müdafiə naziri Pavel Lebedev Braziliyanın Rio de-Janeyra şəhərində keçirilən 32 dövlətdən 500-ə yaxın şirkətin iştirak etdiyi "Braziliya Müdafiə Sərgisi - LAAD"da jurnalistlərə açıqlama verib. "OLAYLAR"ın Ukraynanın "qha.com.ua" saytına istinadən məlumatına görə P.Lebedev Ukraynanın Rusyiyaya hərbi sahədə əməkdaşlıq etmək barədə təklif göndərdiyini və Kremldən iki aydır cavab almadıqlarını bildirib: "Rusiyaya ortaq layihələr hazırlamağı təklif etdik. Bunların arasında Qara dəniz Donanması barədə razılaşmanın yenidən gözdən keçirilməsi də var. Lakin, bütün bunlar Rusiya hakimiyyətinin vecinə belə deyil, rəsmi Kiyev Rusiya ilə arada olan problemləri həll etməyə hazırdır. Rusiya isə bu problemlərin aradan qaldırılmasında maraqlı görünmür". ("OLAYLAR İA")