Azərbaycan AŞ qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli və İnsan  hüquqları komitəsinin sədri Rəbiyyət  Aslanovanın  ölkəmizdə səfərdə olan Avropa Şurası Venesiya Komissiyasının  üzvləri ilə  görüşüblər. \"OLAYLAR"İA\   Millət vəkili Əli Hüseynli Azərbaycan parlamenti ilə Venesiya Komissiyası  arasındakı  sıx  əməkdaşlıqdan danışaraq   bildirib ki, ölkəmiz  Avropa  Şurası  qarşısında  götürdüyü  öhdəlikləri  layiqincə  yerinə yetirir. Komitə sədri parlamentdə qanun yaradıcılığı prosesi, qanunların hazırlanma texnologiyası, milli qanunvericiliyin Avropa  standartlarına  uyğunlaşdırılması   sahəsində  görülən işlərdən, əldə olunan  nailiyyətlərdən  söhbət  açıb.  İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Venesiya Komissiyası ilə Milli Məclis arasında  mövcud  olan ənənəvi  dostluq  münasibətlərini  yüksək  qiymətləndirdiyini  vurğulayın. Qeyd  olunub ki, Azərbaycan  qanunvericilik sistemində beynəlxalq  hüququn normalarına  hörmətlə yanaşılır, Venesiya  Komissiyasının  qanun  yaradıcılığı  sahəsində  məsləhət və tövsiyələrinə xüsusi diqqət  göstərilir, ölkəmizdə  insan  hüquqlarının daha  da  möhkəmləndirilməsi  istiqamətində bütün zəruri addımlar  atılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00