Kıbrısda Heydər Əliyevlə bağlı konfrans olacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı Kuzey Kıbrıs Türk Cümhuriyyətində də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu "OLAYLAR"-a deyib ki, bu məqsədlə Kıbrısda beynəlxalq konfrans keçiriləcək. 75 ölkədən olan gənc tələbələrin iştirak edəcəyi konfransda Heydər Əliyevin həyat yolundan danışılacaq, onun Azərbaycan dövlətçiliyi uğrundakı yorulmaz fəaliyyətindən bəhs ediləcək: "Həmçinin konfransla yanaşı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin  ən böyük  mədəniyyət mərkəzi olan Rauf Denktaş adına Mağusa Mədəniyyət Mərkəzində azərbaycanlı incəsənət ustalarının iştirakı ilə Heydər Əliyevin 90 illiyinə həsr olunmuş konsert proqramı da tədbirlər planına daxildir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00