ATƏT-in Bakı Ofisinin fəaliyyəti dayandırılacaq? VIDEO
Müvafiq qurumun statusunun dəyişməsi ilə bağlı ekspert qrupu yaradılacaq
11 Aprel 2013 18:37 SiyasətBir müddət əvvəl müzakirə mövzusuna çevrilən ATƏT-in Bakı Ofisinin statusunun dəyişməsi ilə bağlı məsələyə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov münasibət bildirib. Nazir ofisin statusunun dəyişməsini qurumun üzv olduğu dövlətlərin daxili işi olduğunu vurğulayaraq, bu statusun layihə-koordinator səviyyəsinə salınmasını haqlı addım kimi qiymətləndirib: "ATƏT-ə üzv dövlətlərin öz hüquqları var. Bu baxımdan, ATƏT ofisinin statusuna dair dövlət özü qərar qəbul edə bilər. Vyanada ATƏT-in Daimi Şurasında qərara alınıb ki, ekspert qrupu yaradılsın, hansısa qərar qəbul olunsun, sonradan onun üzərində işlənilsin".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00