“Hamımız məhmətciyik, hamımız qarabağlıyıq”
İqdırda bu adda tədbir keçiriləcək
11 Aprel 2013 18:14 SiyasətBeynəlxalq Əsilsiz Erməni İddialarına Qarşı Mübarizə Dərnəyi Beynəlxalq Diaspora Mərkəzi ilə birlikdə Türkiyə-Ermənistan sərhəddinin İqdırdakı Əlican keçid məntəqəsi yaxınlığında "Hamımız məhmətciyik, hamımız qarabağlıyıq" adlı tədbir keçirəcək. Bu barədə "OLAYLAR"-a məlumat verən ASİM-DER rəhbəri Göksəl Gülbəy deyib ki, aprelin 21-də baş tutacaq tədbirdə Türkiyə-Azərbaycan dostluq və qardaşlığından danışılacaq, iki ölkə arasında münasibətləri pozmağa çalışan ermənipərəst dairələrə bu cür təxribatçı hərəkətləri dayandırmaq çağırışı ediləcək. Dərnək rəhbəri İqdırda Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert proqramının təşkil olunacağını da deyib. Bu məqsədlə xalq artisti Nazpəri Dostəliyeva, Yaqut Babayeva və digər sənətçilərin qardaş ölkəyə səfər edəcəyi bildirilir.