“2013-cü ilin seçki kampaniyasi partiyamizin qələbəsi ilə nəticələnəcək”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov YAP Sabunçu rayon təşkilatının ərazi ilk təşkilatlarının sədrləri ilə görüş keçirib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, görüşdə 2013-cü ildə Azərbaycanda növbəti prezident seçkilərinin keçiriləcəyini deyən Əli Əhmədov qeyd edib ki, YAP ənənəsinə uyğun olaraq prezident seçkiləri kampaniyasının yüksək fəallıq şəratində keçirilməsi və irəli sürdüyü namizədinin qələbəsinin təmin edilməsi üçün seçki kampaniyasına xeyli qalmış öz işlərinə start verir. YAP Sədrinin müavini bildirib ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, əhalinin rifahı yüksəlib, xüsusilə ölkəmizin beynəlxalq miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artıb. Onun fikrincə, bütün bu amillər xalqımızın Prezident İlham Əliyevə inam və etimadını daha da gücləndirib: "YAP-ın böyük seçki təcrübəsinə istinad edərək qətiyyətlə deyə bilərəm ki, 2013-cü ilin seçki kampaniyası partiyamızın namizədinin əhəmiyyətli və böyük qələbəsi ilə nəticələnəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00