Lavrov: “Suriya böhranının heç bir qalibi olmayacaq”

Olaylar İA Ria Novosti-yə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Suriya böhranının qalibi olmayacaq. "Biz Suriyadakı vəziyyəti tənzimləmək üçün uzun müddət çalışmalıyıq. Orada az da olsa ümid yaranan kimi kimsə ümidi dərhal alt-üst edir. Orada heç bir qalib olmayacaq. Mən bilmirəm ki, bunlar kimin üçün sərfəlidir. Ola bilsin ki, bu vəziyyət kiməsə sərf edir, məsələn, regionda güclü bir dövlətin olmasını istəməyən üçün belə  vəziyyət sərfəlidir" - deyə nazir bildirib. BMT-nin məlumatlarına görə 2011-ci ilin mart ayından bəri Bəşər Əsəd rejiminə qarşı mübarizədə 70.000 insan öldürülüb. Çin və Rusiya Əsəd rejiminə qarşı BMT sanksiyalarını dəstəkləkləməkləri heç də birmənalı qarşılanmayıb. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Əsədin hakimiyytənin davam etməsində maraqlı deyil və birtərəfli sanksiyalar Suriyada daha çox zorakılığa səbəb olur. Sergey Lavrov həmçinin qeyd edib ki, Suriya böhranının yalnız bir yolu vardır ki, zorakılığıan qarşısını almaq və tərəfləri danışıqlara başlamağa həvəsləndirmək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00