İvanişvili: "Saakaşvili dindiriləcək"

Gürcüstanın baş naziri ölkə rəhbəliyinin o vaxtkı addımlarını qeyri-adekvat hesab edir

2008-ci ilin avqustunda Cənubi Osetiyaya qarşı əməliyyatlara başlamış Gürcüstan rəhbərliyi qeyri-adekvat hərəkət edib. Bunu Gürcüstanın baş naziri Bidzina İvanişvili ölkənin aparıcı kütləvi-informasiya vasitələrinin redaktorları ilə görüşündə deyib.
"Avqust müharibəsi mövzusu bu günədək dumanla örtülülür və bu məsələnin araşdırılması nə Gürcüstanın, nə keçmiş hökumətin, nə də prezidentin imicinə xələl gətirməyəcək. Şəxsən mən hesab edirəm ki, hərbi əməliyyatların Rusiya sərhədi keçənədək başladılması düzgün deyildi. Ölkə rəhbərliyi tərəfindən beynəlxalq müşahidəsilərin dəvət edilməsi və sərhədyanı ərazilərdən insanların təxliyə edilməsi qeyri-adekvat idi. Bu prosesi elə həmin mərhələdə yekunlaşdırmaq olardı", - Bidzina İvanişvili belə deyib.
Gürcüstanın "İctimai" televiziyası ilə canlı yayımlanan görüşdə gürcü baş nazir həmçinin bildirib ki, ölkə prezidenti Mixeil Saakaşvilinini 2008-ci il avqust hadisələri ilə bağlı dindirilməsində pis heç nə yoxdur. "Onun dindirilməsi mədəniyyətsizlik deyil." - sitatın sonu. Bidzina İvanişvili 2008-ci ilin avqust hadisələri ilə bağlı xüsusi komissiyanın yaradılacağını da deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00