“Bir sıra siyasilər prezidentliyə namizədlik məsələsinə "alver" kimi yanaşır”
10 Aprel 2013 19:35 Siyasət"Mən bəzi siyasilərın hara belə tələsdiklərinin səbəblərini anlaya bilmirəm. Sanki "qonşudan qalma dala" tezisi ilə bir-birilərinin bəhsinə düşüblər". Bu fikirləri "OLAYLAR"-a Azərbaycan Milli İstiqlal Partiyası Mərkəzi Şurasının üzvü Əli Oruclu əksər müxalifət partiyalarının prezidentliyə namizəd müəyyən etməsinə münasibət bildirərkən səsləndirib. AMİP rəsmisi deyib ki, kimin gücü çatdı çatmadı, kim layiq oldu olmadı özünü prezidentliyə namizəd elan edir: "Görünən odur ki, bir sıra siyasilər prezidentliyə namizədlik məsələsinə "bazar" və "alver" kimi yanaşır. Amma daha fərqinə varan yoxdur ki, bu "alverdə" standartları müəyyənləşdirən seçicilər və ya ölkə vətəndaşları olacaqlar. Prezidentliyə namizədlik uğrunda müxalifət daxilində yaranmış basabas həm cəmiyyət tərəfindən ikrrahla qarşılanır, həm də prezidentlik institutunu yumor obyektinə çevirir". Əli Oruclu deyib ki, AMİP-ə gəlincə isə bu partiya ciddi partiyadır və verdiyi qərarlarını da min-dəfə ölçüb biçdikdən, geniş müzakirələrdən sonra verir: "Məhz bu baxımdan da AMİP heç vaxt tələsik və düşünülməmiş addım atmayıb".