Aksiyalara xalq dəstək vermir
10 Aprel 2013 14:31 Siyasət"Son aylarda keçirilən aksiyalar da sübut edir ki, həmin aksiyalara geniş xalq dəstəyi olmur və bu kimi aksiyaya qatılanları hamısı partiya mənsubiyyəti olan şəxslərdir". Bu fikirləri "OLAYLAR"-a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı İctimai Palata və Demokratik Qüvvələrin Məşvərət Məclisinin kütləvi aksiyalar qərarına münasibət bildirərkən səsləndirib. BAXCP rəsmisi deyib ki, müxalifətin aksiyalarına qatılanların sayı maksimum 500 nəfərdən artıq olmur: "Düşümürəm ki, həmin aksiyalara xalqın kütləvi dəstəyi olsun". Niyaməddin Orduxanlı onu da vurğulayıb ki, istənilən təşkilatın və ya partiyanın aksiya keçirmək hüququ var: "Kimsə buna qarşı çıxa bilməz. Bu konstitutsion hüquqdur. Sərbəst toplaşmaq hüququ olmayan dövlətdə heç bir hüquq ola bilməz".