İlham Əliyev üçüncü dəfə qalib olacaq - AÇIQLAMA
Zərdüşt Əlizadə: “Müxalifət seçkilərə yaxın öz namizədini müəyyənləşdirəcək”
10 Aprel 2013 14:28 Siyasət"Müxalifətin namizədlərinin sayının az, ya da ki, çox olmasından asılı olmayaraq onun sosial bazası hansı namizədə səs verəcəyini müəyyənləşdirir". Politoloq Zərdüşt Əlizadə "OLAYLAR"a açıqlamasında belə deyib. Z.Əlizadənin sözlərinə görə 1998-ci ildə müxaliflər Etibar Məmmədova, 2003-cü ildə İsa Qəmbərə səs veriblər: "1998-ci ildə seçkilərdə iştirak edənlərin böyük əksəriyyəti qondarma müxalifət nümayəndələrinin heç birinə səs verilməmişdi. Bu dəfəki seçkilərdə də müxalifət öz əsas namizədini müəyyənləşdirərək ona da səs verəcəklər. Müxalifətin əsas ümidi Azərbaycanda demokratik seçkilərin başa tutmasına olacaq. Bu seçkilərdə də Prezident İlham Əliyev qalib gələcək. Müxalifətin ən layiqli namizədi isə müəyyən vaxtdan sonra bəlli olacaq". ("OLAYLAR" İA)