Deputatlarımız Yaltaya səfər edəcəklər
9 Aprel 2013 18:32 SiyasətMillət vəkili, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini Asəf Hacıyev, Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və deputat Ayaz Orucovla birlikdə, Ukraynanın Yalta şəhərində keçiriləcək QDİƏT PM-in İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 40-cı iclasına qatılacaq. Bu barədə Milli Məclisin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, toplantıda quruma üzv ölkələr arasında dənizdə axtarış və xilasetmə işləri ilə bağlı problemlər, bu sahədə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə ediləcək. Komitənin sonrakı iclasının keçirilmə məkanı və zamanı, müəyyən ediləcək, cari məsələlərə baxılacaq. Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.