Müxalifətin yeni bloku yarandı

Aprelin 9-da Ədalət Partiyası ilə Yaşıllar Partiyasının rəhbərliyi arasında görüş keçirilib.  "OLAYLAR"-a daxil olan məlumata görə, hər iki partiyanın seçkilərlə bağlı yaratdığı Siyasi Blokun adı dəqiqləşdirilib. Uzun müzakirədən sonra Siyasi Blokun adı "Vətən" olaraq qəbul edilib.  Qərara alınıb ki, "Vətən" Siyasi Blokunun təqdimat mərasimi aprel ayının sonlarında keçirilsin. Görüşdə həmçinin "Vətən" blokunun əsasnaməsi, proqramı razılaşdırılaraq qəbul edilib. Blokun 2013-cü il prezident seçkilərinə vahid namizədlə qatılacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00