YAP-in seçki ilə bağlı konseptual proqramı var
9 Aprel 2013 15:07 SiyasətYeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının toplantısı keçirilib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, toplantıda YAP Mərkəzi Aparatı tərəfindən verilmiş tapşırıq və tövsiyyələrdən irəli gələn məsələlər, qarşıda dayanan mühüm vəzifələr müzakirə olunub. YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov bu ilin ölkəmiz üçün olduqca mühüm və əhəmiyyətli olan prezident seçkilrə ili olduğunu diqqətə çatdırdı. Aydın Hüseynovun sözlərinə görə, YAP-ın seçki ilə bağlı konseptual proqramı mövcuddur ki, bundan irəli gələn digər zəruri məsələlər rayon təşkilatlarında ardıcıl olaraq icra edilir. Bildirib ki, YAP Qaradağ rayon təşkilatı ötən seçki proseslərindən qazanmış olduğu təcrübədən çıxış edərək 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində də, yüksək fəallıq nümayiş etdirəcək.