Ovanisyan xalqı yalançı aksiyalarla aldadır

Əli Oruclu: “Saxtakarlıqla qalib olmuş Serj Sərkisyanın növbəti 5 il də hakimiyyətdə qalmasına beynəlxalq strukturlar etiraz etməyəcəklər”

Aprelin 9-da Ermənistanda prezident Serj Sərkisyanın yeni dövlət başçısı kimi andiçmə mərasimi keçiriləcək. Andiçmə Dəmirçiyan adına sarayda baş tutacaq. Erməni mənbələrinin xəbərlərinə görə, parlamentin xüsusi iclası formatında təşkil olunacaq mərasimə 2 mindən artıq adamın qatılacağı gözlənilir. Keçmiş prezidentliyə namizəd Raffi Ovannisyan aprelin 9-da İrəvanın mərkəzində 1 milyonluq aksiya keçirəcəyini vəd edir, aksiyaya regionlardan da dəstək var. Yürüşçülərin Sərkisyanın andiçmə mərasimi keçirilən binaya hücum edəcəkləri bildirilir. Cənubi Qafqaz dünyanın ən qeyri-stabil regionu olduğunu deyən AMİP Mərkəzi Şurasının üzvü Əli Oruclunun sözlərinə görə Ermənistan Cənubi Qafqazda təzadlı mövqedə yerləşməsi ölkədə Rusiya və Qərb intriqasını açıq müstəviyə keçirib: "Ona görə də Ermənistanda xalq və hakimiyyət qarşıdurmasının baş tutması həm gözləniləndir, həm də gözlənilən deyil. Çünki, Ermənistanda Rusiyanın üstünlükləri daha çoxdur. Bu baxımdan da saxtakarlıqla qalib olmuş Serj Sərkisyanın növbəti 5 il də hakimiyyətdə qalmasına beynəlxalq strukturlar etiraz etməyəcəklər. Daxildə də narazılıqlar davam edəcək, amma bir müddətdən sonra onun istiqaməti dəyişəcək. Çünki, Raffi Ovanisyan bu proseslərdən beynəlxalq güclərdən və Serj Sərkisyandan başqa güzəştlər qopara bilib. Buna görə də Ermənistanda xalq inqlibanın baş tutacağı mümkün deyil". ("OLAYLAR" İA)

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00