Eldar Namazovun seçkilərdə qalib gəlmək şansı sıfıra bərabərdir - AÇIQLAMA

Seymur Orucov: “Seçkilərdə cənab Prezident İlham Əliyev böyük nisbətdə yenidən xalqın seçilmiş qalibi olacaq”

"Azərbaycan Respublikasının qanunvericiliyində prezidentliyə namizəd olmağın yolları müəyyən edilib. Bu amil Seçki Məcəlləsi, qanunvericilik aktları və Konstitusiya ilə təsdiq edilib. İstənilən şəxsi irəli sürülən şərtləri yerinə yetirərsə, prezidentliyə namizəd ola bilər. Qaldı ki Azərbaycan dövlətinin gələcəyini müəyyənləşdirən Eldar Namazovun prezident olmasına - onun seçkidəki şansları qeyri-real və onun altındadır, hətta sıfra bərabərdir!". "OLAYLAR"a açıqlamasında Yeni Azərbaycan Partiyasın Gənclər Təşkilatının sədri Seymur Orucov belə deyib. S.Orucovun sözlərinə görə Eldar Namazov ziyalı siması adı altında özünə elektorat, imza toplamağa çalışır: "Nə Eldar Namazovun şəxsi, nə də ki, "EL" Hərəkatının xalqın gözündə heç bir nüfuzu yoxdur. Namazovun seçkilərdə qalib gəlməsi mümkünsüzdür. Hətta çox maraqlıdır ki, seçkilərdə kimsə Eldar Namazova səs verəcəkmi? Bu sualın özü maraqldır və güman etmirəm ki, o, seçkilərdə lazım olan imzanı toplaya bilsin. Xalq da bütün bu reallılqları görür və insanlar artıq öz namizədini müəyyənləşdiriblər. Xalq yenidən özünün ən doğru seçimi olduğuna inandığı cənab Prezident İlham Əliyevə səs verəcək və böyük nisbətdə səs çoxluğu ilə qalib olacaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00