KXCP əsgər ölümündən narahatdır
9 Aprel 2013 12:57 SiyasətKlassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyanin mətbuat xidmətindən "OLAYLAR"-a verilən məlumata görə, iclasda qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. İdarə Heyətinin iclasında partiyanın Ali Məclisinin sessiyasının aprelin 28-də keçirilməsi qərara alınıb. İclasda həmçinin Tərtər rayonundaki N saylı hərbi hissədə xidmət edən əsgər Elman İmanovun naməlum şəkildə qətlə yetirilməsindən dərin narahatlıq bildirilib, baş vermiş hadisəyə görə cinayət işinin açılması və aidiyyəti şəxslərin məsuliyyətə cəlb olunması tələb edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00