Səfir YAP-da görüş keçirib

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heydər Şiya Qubeyşi əl-Bərrakıla görüşüb. Partiyadan "OLAYLAR"-a daxil olan məlumata görə, YAP-ın qərargahında baş tutan görüşdə səfir dostluq və qardaşlıq münasibətlərinin mövcud olduğu Azərbaycanda diplomatik fəaliyyət göstərməsindən qürur duyduğunu vurğulayıb. Heydər Şiya Qubeyşi əl-Bərrakı ölkələrimiz arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə edib. Ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edən YAP sədrinin müavini Əli Əhmədov ölkələrarası əlaqələrin daha da inkişaf etdirilməsini nəzərdə tutan təkliflərin və təşəbbüslərin bundan sonra da dəstəklənəcəyinə və reallaşacağına tam əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00