Rusiyanın Azərbaycana təzyiqləri artır

Azərbaycan Demokrat Partiyası son vaxtlar Rusiyanın Azərbaycana qarşı müxtəlif vasitələrlə artan təhdidindən, ölkə daxilində separatist qüvvələri etnik zəmində qızışdırmasından, sərhədlərimizdə terrora qarşı mübarizə adı ilə qoşun cəmləşdirməyindən, siyasi təzyiqləri gücləndirərək Azərbaycanı Avrasiya İttifiqana cəlb etmək niyyətlərindən narahatlığını ifadə edib. Partiyadan "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, təkcə Rusiyanın deyil, qonşu İran dövlətinin də son vaxtlar Azərbaycana qarşı təzyiqləri artmaqdadır. Partiya beynəlxalq ictimaiyyəti Rusiyanın Azərbaycana yönəlik imperiya siyasətinin qarşısını almaq üçün ciddi təsirlər göstərməyə çağırıb. ADP Amerikanın dövlət katibi Con Kerrinin Türkiyə səfəri və bu səfər zamanı adı çəkilən ölkənin xarici siyasət idrəsinin rəhbəri Əhməd Davudoğlu ilə birgə Qarabağ məsələsini müzakirəyə çıxarmasını təqdir edib və bu faktı Azərbaycan və Türkiyə arasında dostluğun və qardaşlığın əbədi və sarsılmaz olduğuna dəlalət etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00