Erməni mətbuatı Azərbaycan hakimiyyətinin gücünü etiraf edir

Van-İrəvan təyyarə reysinin ləğv olunması ilə barışa bilməyən ermənilər Azərbaycan hakimiyyətinə qarşı mətbu hücuma keçiblər. "OLAYLAR"-ın xəbərinə görə, Türkiyədə nəşr olunan və ermənilərin rəhbərlik etdiyi "Agos" qəzeti iddia edib ki, Azəbaycan prezidenti İlham Əliyev icazə vermədiyi üçün Türkiyə hakimiyyəti Van-İrəvan təyyarə reysinin açılmasına yaşıl işıq yandırmayıb. Qəzet iddia edir ki, rəsmi Bakının diplomatik təzyiqləri qarşısında geri çəkilən Ankara bununla Türkiyə-Ermənistan mnasibətlərinin normallaşmasına qarşı çıxdığını bir daha sübuta yetirir. Erməni mətbuatı sonda onu da etiraf edir ki, Azərbaycan hakimiyyətinin lobbi fəaliyyəti getdikcə Ermənistan üçün daha təhlükəli xarakter daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00