...Rusiya Azərbaycana hərbi müdaxilə edə bilər

Elxan Şahinoğlu: “Rəsmi Moskva bu qaydalara əməl etmirsə demək, öz təzyiq alətlərini Azərbaycana qarşı işə salmağa başlayıb”

Rusiyanın Dağıstan Respublikasının Qusar rayonu ilə həmsərhəd ərazilərində qoşunların cəmləşməsi müşahidə olunur. Qusar rayon sakinlərindən mətbuata verilən məlumata görə qoşunların cəmləşməsini rayonun kəndlərindən adi gözlə də müşahidə etmək mümkündür. Azərbaycanın xüsusi xidmət və təhlükəsizlik strukturlarının da gücləndirilmiş iş rejiminə keçdiyi bildirilir. Mətbuatda da yayılan bu məlumatın nə dərəcədə həqiqət olub olmadığını söyləməyin çətin olduğunu deyən politoloq Elxan Şahinoğlunun sözlərinə görə informasiyanın doğruluğu təsdiq ediləcəyi təqdirdə Cənubi Qafqazda siyasi hərəkətlilik Rusiya və Azərbaycan arasında qarşıdurmayadək inkişaf edəcək: "Belə hallarda hər hansısa bir dövlət öz sərhədində təlimlər keçirirsə, oraya qoşun hissələrini yığırsa bu barədə qonşu dövlətə məlumat verməlidir. Rusiya isə nə etik, nə də ki, diplomatik qaydalara riayət etmir. Əgər rəsmi Moskva bu qaydalara əməl etmirsə demək, öz təzyiq alətlərini Azərbaycana qarşı işə salmağa başlayıb. Bu amil də indiki məqamda ikitərəfli münasibətlərə heç də yaxşı nəsə vədlər vermir". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00