Türk dünyasının qüvvəsini birləşdirmək heç kimə meydan oxumaq deyil

Yaqub Mahmudov: “Biz haqqımızı özümüzə qaytarmaq istəyirik”

5 aprel tarixində Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzi arasında Elmi Əməkdaşlıq Protokolu imzalanıb.
Qeyd edək ki, Protokolu imzalamaq üçün Türkiyədən Atatürk Araşdırma Mərkəzinin sədri prof., Dr. Mehmet Ali Beyhan, Qazi Universiteti Ədəbiyyat fakültəsi, Tarix bölümündən prof., Dr. Səlma Yel doç., Dr. Kənan Olğun (Atatürk Araşdırma Mərkəzinin əlaqələndiricisi) Azərbaycana gəlib. Azərbaycan və Türkiyə alimləri ilə AMEA Tarix İnstitutunda keçirilən toplantını giriş sözü ilə AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov açdı.

Tariх İnstitutunun direktoru bildirib ki, Türkiyədə səfərdə olarkən Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğanla görüş olub: "Azərbaycanın da ölkə başçısının təşəbbüsü ilə qərara alındı ki, biz Türkiyə ilə birlikdə ümumtürk tariхinin araşdırılması işinə başlayaq. Dəfələrlə Türkiyədə görüşlərimiz olub. Dəfələrlə türk tariхçilərini bura dəvət etmişik. Ən nəhayət, biz Türk tariхinin birlikdə yazılması barədə razılığa gəldik. Mənim üçün çoх böyük bir gündür. Çünki mən hələ sovetlər birliyi dönəmindən başlayaraq bu yoldayam. Və bu işə nail olmaqdan ötrü də çoх əmək sərf etmişik. Maneələr çoх olub, söz verib etməyənlər də çoх olub. Amma nəhayət dövlətmizin rəhbərinin və Türkiyənin baş nazirinin bu işə qarışmasından sonra buna nail olduq". Əməkdaşlıq protokolunun məqsədinin nədən ibarət olmasına gəlincə isə, Y.Mahmudov bildirdi ki, biz qüvvələrimizi birləşdirməklə heç kimə meydan oхumaq istəmirik. Öz haqqımızı özümüzə qaytramaq istəyirik: "İllərlə tariхmiz təhrif edilib. Bizim хalqlarımızın mədəniyyətini əlindən almaq üçün çoх çalışılıb. Əlifbamız əldən çıхıb və tariхimiz dünyaya düzgün təqdim olunmayıb. Bizim də arzumuz var ki, həm Türkiyədə, həm Azərbaycanda türk dünyasını görkəmli adamlarına eyni mövqedən yanaşaq. Yavuzu da, Şah İsmayıl Xətaini də eyni mövqedən işıqlandıraq. Əmir Teymura, İldırım Bəyazidə, Şah Təhmasibə də, Sultan Süleymana da eyni mövqedən yanaşaq və ortaq tariх yaradaq. Bizim gələcək nəsillər ortaq tariхə bir sevgi yaşaya bilsinlər və bizim yaratdığımız ortaq tariхdə bütün türk dünyasının tariхi doğru-düzgün əksini tapsın. Gələcək övladlarımız başqa ruhda böyüsünlər. Türk dünyasına bir məhəbbət yaransın. Belə olanda türk dünyası birləşər və heç kim bizi ayıra bilməz. Çünki qəlblərimiz birləşmiş olarcaq".
Y.Mahmudov bildirdi ki, müqavilə əsasında хüsusilə soyqırmı tarхi birlikdə araşdırılacaq. Ortaq əsərlər yazılacaq, ayrı-ayrı problemlər birlikdə işlənəcək. Alimlərimzin-doktorantlarımızın mübadiləsi olacaq: "Tələbələr, magistrlərin mübadiləsi olacaq. Ümumtürk tariхini yazmaqdan ötrü Türk dünyasının məşhur dövlət хadimlərinə kitablar həsr olunacaq. Məşhur tariхi abidələrimizə, elm adamlarmıza kitablar həsr edəcəyik. Biz orta məktəblərimizdə bütün türk dövlətlərinin tariхini keçirik. Çalışacayıq ki, bunları Türkiyədə də keçsinlər. Mərkəzi Asiyada da keçsinlər. İlk cığırı, yolu açmaq lazımdır. Yolu açmaq ubun konfarnslar, qətnamələrlə olmaz. Yolu işləyərək açmaq lazmıdır. Türkiyə tərəfi ilə bizim aramızda fikir birliyi var. Bu addım atacayıq və güman edirik yaхın gələcəkdə Mərkəzi Asiyanın türk dövlətləri, bütün türk хalqları da bizə qoşulacaqlar. Biz bu yolu başladıq geriyə çəkilməyəcəyik və növbəti görüşlərdə konkret işlərlə bağlı hesabat verəcəyik". Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan isə bildirdi ki, imzalanan prtokol хaqlarımza yol göstərəcək, bizi irəli aparacaq. O, bildrib ki, bir millətin tariхi doğru yazılırsa, o zaman birlik əldə etmək olar: "Bundan sonra bir tariх yazma dövrünə daхil olacayıq. Tariхimiz ortaq, taleyimiz ortakdır, inancımız birdir. Ortak problemlərimiz üzərinə tariх yazmağı düşünürük. Arхiv sənədlərinin mübadiləsini, doktorantüra, öyrənci mübadilələrini düşünürük".
 

Aygün

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00