Xarici səfirliklərimizdə yeni vəzifə yaradıldı
5 Aprel 2013 17:20 SiyasətAzərbaycanın xaricdəki diplomatik korpuslarında yeni vəzifə təsis edilib. Aprelin 5-də Milli Məclisdə bununla bağlı "Diplomatik xidmət haqqında" qanuna dəyişikliklər edilib. Qanun layihəsi barədə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsində Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində səfir müavini vəzifəsinin yaradılması, səfir müavininin baş konsulun statusu ilə eyniləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, səfir müavini, daimi nümayəndənin müavini və baş konsul təyin edilmiş şəxslər üçün xaricdə fasiləsiz iş müddəti 4 il müddətində müəyyənləşdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00