Bakıda liberal demokratiyaya keçid məsələləri müzakirə olunub
5 Aprel 2013 17:07 SiyasətAMİP və İsveçin Moderat Partiyasının Jarl Jarlmarsson fondunun birgə təşkilatçılığı ilə "Liberal demokratiyaya keçid, seçki blokları və koalisiya quruculuğu" mövzusunda seminar keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, seminarda AMİP rəhbərliyi ilə yanaşı İsveçin hakim partiya nümayəndələri parlamentinin deputatı xanım Sesilia Brink, Jarl Hjalmarson Fondunun layihə meneceri cənab Conatan Olsson, eləcə də digər şəxslər iştirak edib. Seminarda qonaqlar İsveç təcrübəsindən çıxış edərək "Liberal Demokratiyaya keçid", "Seçki blokları və koalisiya yaradılması", "Vahid ismarıcların hazırlanması" ilə bağlı məruzələrlə çıxış ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00