Alparslan Türkeş Bakıda anıldı
5 Aprel 2013 17:06 SiyasətTürk milliyyətçiliyinin əbədiyaşar lideri mərhum Alparslan Türkeşin vəfatının 16-cı ildönümü ilə əlaqədar Klassik Xalq Cəbhəsi Partiyası xatirə gecəsi keçirib. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə, mərasimdə Alparslan Türkeşin türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyətindən, Türkiyə-Azərbaycan qardaşlığından danışılıb. Bildirilib ki, iki ölkə arasındakı dostluq-qardaşlıq münasibətləri hər zaman ortaq düşmənlərə qarşı birgə mübarizədə yenilməz sipər rolunu oynayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00