Sergey Korsunskiy: “Ukrayna Rusiyanın boyunduruğu olmaq istəmir!”

“Ukrayna hökumətini Ankara ilə danışıqlara girməyə “Qazprom”un bu ölkəyə qarşı tətbiq etdiyi ədalətsiz yanacaq qiyməti siyasəti vadar edib”

"Olaylar"ın Türkiyə bürosunun məlumatına görə Ukraynanın Türkiyədəki səfiri Sergey Korsunskiy rəsmi Ankara ilə Kiyev arasında tankerlər vasitəsilə təbii qazın LNG nəqliyyatı üzrə daşınması barədə danışıqlar apardıqlarını bildirib. Səfirin sözlərinə görə Ukrayna hökumətini Ankara ilə danışıqlara girməyə "Qazprom" un bu ölkəyə qarşı tətbiq etdiyi ədalətsiz yanacaq qiyməti siyasəti vadar edib. Səfir açıqlamasında rəsmi Kiyevin bu addımı atmasının dövlət təhlükəsizliyi məsələsinin bir hissəsi olduğunu deyib. S.Korsunskiy qeyd edib ki, rəsmi Kiyevin Türkiyə vasitəsilə gerçəkləşdirməyə çalışdığı yeni qaz terminalının inşası Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir: "Biz müstəqil dövlət kimi rus qaz boyunduruğu ilə inkişaf edə bilmərik. Türkiyə enerji qaynaqlarını xaricdən təmin edən bir dövlət olaraq bizi çox yaxşı başa düşür.Mən əminəm ki, bu danışıqların müsbət bir nəticə verməsi Türkiyə və Ukrayna münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çıxaracaq". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00