" Azərbaycanın hər hansı beynəlxalq təşkilata üzvlülüyü vacib amillərdən biridir”
5 Aprel 2013 15:17 Siyasət"Asiya Siyasi Partiyalar Konfransının qadınlar qolunun ilk iclasının məhz Azərbaycanda keçirilməsi bizim qadınlarımızın siyasətdə rolu və təsirinin göstəricisidir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin vitse-spikeri Bahar Muradova səsləndirib: "Azərbaycan bu təşkilata Yeni Azərbaycan Partiyasının timsalında daxil olub. Bu beynəlxalq tədbirlə yanaşı, yay aylarında İCAPP gənclərinin festivalı keçiriləcək. Ölkəmiz həmin tədbirə də ev sahibliyi edəcək. Azərbaycanın hər hansı beynəlxalq təşkilata üzvlülüyü ölkəmizin maraqlarını, həqiqətlərini bu təşkilatın tribunasından səsləndirməsi vacib amillərdən biridir. Azərbaycanın belə təşkilatlara üzv olması həmin təşkilatların özünə xeyirdir. Bu təşkilatların işinin sürətlənməsində mühüm əhəmiyyət kəsb edir. Həmin təşkilatlar Azərbaycanın timsalında çox fəal, müasir, eyni zamanda dünyanı təhdid edən təhlükələrə qarşı öz mövqeyini ortaya qoyan üzv ölkə əldə edir. Bu işlər qarşılıqlı olaraq bir-birini şərtləndirir. Tərəflər bir- birinin fəaliyyətindən razı qalırlar". Bahar Muradova deyib ki, son zamanlar beynəlxalq aləmdə qazandığımız uğurlar həm də Azərbaycanın Asiya ölkələrinə yönəlik siyasətinin müsbət nəticəsinin bariz nümunəsidir: " Buna görə də belə tədbirlərin Azərbaycanda keçirilməsinin ciddi əsasları var".