“Bəzən ATƏT əsas missiyasından uzaqlaşır”

"ATƏT-in Bakı Ofisinin statusunun dəyişdirilməsi məsələsi Azərbaycanın xarici siyasət fəaliyyətində önəmli məsələ deyil". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib ki, ATƏT-in öz missiyası var və təşkilata üzv ölkələr ATƏT-ə bəlli bir səlahiyyət veriblər: "ATƏT-də mərkəzləşmiş şəkildə həmin səlahiyyətlər çərçivəsində missiya həyata keçirir". Əli Həsənov deyib ki, təhlükəsizlik və əməkdaşlıq məsələləri sahəsində Azərbaycan indiyə qədər olduğu kimi bundan sonra da ATƏT-lə əməkdaşlığını davam etdirəcək: "Bəzən ATƏT-in missiyasını təhlükəsizlik və əməkdaşlıq məsələlərindən kənar, daha çox daxili, regional məsələlərlə yükləyirlər. Nətucədə ATƏT bəzən özünün əsas missiyasından uzaqlaşır". Əli Həsənov onu da vurğulayıb ki, XİN ATƏT-in mərkəzi ofisi ilə danışıqlar aparır və hansı qərar veriləcəksə, o da açlqlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00