Azərbaycan qanunlarını pozan xarici QHT-lərlə əməkdaşlıq dayandırılacaq
4 Aprel 2013 19:53 Siyasət"Milli Demokratiya İnstitutu, eləcə də digər xarici QHT-lərin Azərbaycanda fəaliyyətini tənzimləyən qanunlar var. Bu qanunlara əməl edəcəyi təqdirdə bütün beynəlxalq qurumlara Azərbaycanda fəaliyyət göstərməsi üçün şərait yaradılacaq". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov ABŞ-ın Milli Demokratiya İnstitutu ilə bağlı yaranmış problemə münasibət bildirərkən səsləndirib. Bildirib ki, Azərbaycan qanunlarını pozan, qanunvericilik tələblərinə əməl etməyən QHT-lərlə Azərbaycan hakimiyyəti, eləcə də bu sahəyə bağlı olan digər qurumlar əməkdaşlığı dayandıracaq: "Belə qurumların Azərbaycandakı fəaliyyətinə imkan verməyəcəyik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00