Müxalifətlə dialoq davam etdiriləcək

"Dialoqun məqsədi kiminsə öz iradəsini qarşı tərəfə qəbul etdirmək deyil". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri jurnalistlərə verdiyi açıqlamada Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov prezident seçkiləri ərəfəsində iqtidar-müxalifət dialoqunun mümkünlüyü məsələsinə münasibət bildirərkən səsləndirib. PA rəsmisi bildirib ki, qarşıdan ümumrespublika əhəmiyyətli tədbir, prezident seçkiləri gəlir və seçkilər ərəfəsində müxalifət partiyaları, seçki institutları, QHT-lərlə görüşlər davam etdiriləcək: "Onlarla seçki mövzusu, seçki prosesinin təşkili və seçkilərin daha şəffaf və demokratik keçirilməsi ilə bağlı məsələləri müzakirə edəcəyik. Məqsəd ondan ibarətdir ki, ümumrespublika əhəmiyyətli tədbiri tam demokratik, şəffaf və ədalətli keçirək. Bütün maraqlı tərəflər, seçkiyə qatılmaq istəyən partiyalar, qurumlar bu prosesdə iştirak etsin və hər kəs də seçkinin nəticəsindən razı qalsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00