Əli Həsənov: “Ölkənin sosial iqtisadi sahəyə yatırımı on dəfə çoxalıb, Azərbaycan sabit, dinamik inkişaf edən dövlətə çevrilib”
4 Aprel 2013 18:57 SiyasətAprelin 4-də Bakıda "The Buisness Year" jurnalının təqdimat mərasimi keçirilib. Mərasimdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, "The Buisness Year" jurnalı artıq 3 ildir ki, öz məqalərini Azərbaycana həsr edir. "Bunun üçün çox ciddi əsaslar var. Azərbaycan son ildə yüksək inkişaf yolunu keçib, ümumidaxili məhsul və dövlət büdcəsi beş dəfə artıb. Ölkənin sosial iqtisadi sahəyə yatırımı on dəfə çoxalıb, Azərbaycan sabit, dinamik inkişaf edən dövlətə çevrilib. Təsadüfi deyil ki, Davos öz tədbirini Azərbaycanda keçirilməsilə bağlı qərar qəbul edib. Dünyanın iqtisadi institutları Azərbaycanın iqtisadi inkişafı ilə bağlı maraqlanmağa başlayıblar. 5 ildir ki, dünyada iqtisadi böhran davam edir. Elə vəziyyət yaranıb ki, dünya ölkələri, xalqları beynəlxalq hüquq normalarını pozaraq insanların banklara yatırdıqları sərmayələrə göz dikirlər, təqaüdçülərin maaşlarını kəsirlər, bütün layihələri yarımçıq saxlayırlar. Belə bir məqamda Azərbaycanın iqtisadi inkişafı dünyanın müxtəlif strukturlarını özünə cəlb edir!". Əli Həsənov bildirib ki, jurnal 30 ölkədə öz oxucuları arasında sorğu keçirib, sorğunun nəticələrinə görə Azərbaycan Prezidenti İlham Əliyev dünyada "İlin adamı" seçilib: "Bilirsiniz ki, 2013-cü ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək. Belə bir ildə jurnalının oxucularının bu qənaətə gəlməsi Azərbaycan və seçkiqabağı Prezident İlham Əliyevə dəstəkdir. Jurnal Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi beynəlxalq sülhə, təhlükəsizliyə verdiyi dəstəyə, İKT-yə, son 5 ildə sosial iqtisadi müsbətə verdiyi töhfəyə görə, Azərbaycanın sosial, iqtisadi, mədəni, humanitar saəhələrindəki uğurlarına görə İlham Əliyevin Azərbaycanı dünyada aparıcı dövlətə çevirdiyinə görə bu qənaətə gəlib. Bu, olduqca qürurverici bir haldır və biz də bu hadisə ilə qürur duyuruq!". Əli Həsənov qeyd edib ki, jurnalda bütün sahələr üzrə mütəxəssislər Azərbaycan iqtisadiyyatı barədə öz sözlərini deyiblər: "Prezident jurnala verdiyi müshibəsində Azərbaycan iqtisadiyyatının inkişafda olan son beş ili haqqında məlumat verib. Həmçinin jurnalda ümumilli lider Heydər Əliyev barədə məqalələr dərc olunub. Bununla bağlı nəşrdə mütəxəssislərin və İngiltərənin tanınmış simalarının fikirləri öz əksini tapıb. Jurnal dünyanın 100 mindən artıq strukturunda pulsuz paylanılır". Tədbirdə həmçinin iqtisadi inkişaf naziri Şahin Mustafayev də çıxış edib. Nazir Azərbaycanın iqtisadi uğurları barədə məlumat verib, ölkədə həyata keçirilən sosial, iqtisadi layihələr və sahibkarlara göstərilən dövlət qayğısından danışıb, Azərbaycanda həyata keçirilən dövlət proqramları barədə geniş məlumat verib. Tədbirdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycanda İKT sahəsində görülən işlər barədə məlumat verib, bu sahəyə yatırılan sərmayələr və Azərbaycanın əldə etdiyi uğurlar və bunların ölkəyə verdiyi töhfələrdən danışıb,
Sonda Əli Həsənov Azərbaycanın iqtisadiyyatı və ölkəmizin dünyada tanıdılmasında verdiyi töhfələrə görə sözügedən jurnal tərəfindən xüsusi mükafatla təltif olunub.
Alim