“Xalqa deməyə kifayət qədər sözümüz var”

Yeni Azərbaycan Partiyasının seçkilərdə qazandığı nailiyyətlərin əsasında prezidentimizin şəxsiyyəti, onun həyata keçirdiyi praqmatik və uğurlu siyasət dayanır. Bizim xalqa deməyə kifayət qədər sözümüz və imkanımız var". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri yap.org.az saytına partiyanın icra katibinin müavini Mübariz Qurbanlı səsləndirib. Hakim partiyanın rəsmisi deyib ki,  qarşıdan gələn prezident seçkilərində də seçki taktikamızı qazanılmış uğurlar və bu uğurların təbliği və təşviqi üzərində quracağıq: "Namizədimizin liderliyi, şəxsi keyfiyyətləri, Heydər Əliyev siyasətinin yeni mərhələdə, yeni lider keyfiyyətləri ilə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi və digər amillər YAP-ın seçki taktikasında və təbliğatında önəmli yer tutacaq. Azərbaycan cəmiyyətinin intellektual potensialının mütləq əksəriyyəti YAP-da cəmləşib. Ona görə də, bu potensial əsasında partiyanın seçki strategiyası və taktikasının uğur qazanacağı şübhə doğurmur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00