Əli Əhmədov: “Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək”

Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov partiyanın Ağsu rayon təşkilatının fəalları ilə görüşüb. Partiyadan "OLAYLAR"-a verilən məlumata görə,
tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov siyasi qurum kimi YAP-ın rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatındakı fəal rolundan danışıb və bildirib ki, rayon təşkilatının 4703 nəfər üzvü 90 ərazi ilk təşkilatında birləşib və fəaliyyət göstərir. YAP-ın sədr müavini-Əli Əhmədov bu ilin payızında ölkəmizdə keçiriləcək prezident seçkilərində partiya üzvlərinin üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib: "Məhz İlham Əliyevin Prezident kimi 10 illik fəaliyyəti dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında özünə layiqli yer tuta bilib. Növbəti 5 ildə də İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müsbət dəyişiliklər baş verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00